Ağsuda vətəndaşlar qanunsuz saxladıqları 11 ov tüfəngini polisə könüllü təhvil
veriblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağsuda vətəndaşlar qanunsuz saxladıqları 11 ov tüfəngini polisə könüllü təhvil
veriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
məlumat verilib.
Bildirilib ki, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi
olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 11 ov
tüfəngini könüllü surətdə polisə təhvil veriblər.