Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, altı odlu silah isə könüllü
təhvil verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, altı odlu silah isə könüllü
şəkildə təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisindən bir
ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu,
iki ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata
məxsus sandıqça aşkar edilərək götürülüb.
Son bir gün ərzində keçirilən profilaktiki tədbirlər nəticəsində isə, rayon
sakinləri müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif
markalı altı ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Polis tərəfindən son iki ay ərzində bu istiqamətdə keçirilən profilaktiki
tədbirlər nəticəsində isə vətəndaşlardan ümumilikdə 18 odlu silah təhvil
götürülüb.