137dda51-1458-4a96-b707-82993f73b650..jpg

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb – FOTO/VİDEO

Baxış sayı: 582 dəfə baxılıb.

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu rayonu, Bakı-Qazax avtomobil yolunun 148-ci kilometrliyində yerləşən
“Meh” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində
çoxsaylı nöqsan tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə
və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə
ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın
tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə
təmin edilməyib, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb.

“Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının
tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağsu rayonu, Bakı-Qazax
avtomobil yolunun 148-ci kilometrliyində yerləşən “Meh” restoranının
fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi
obyektin nümayəndəsinə təqdim edilib”, – deyə məlumatda vurğulanıb.


Source link