ff23f628-e4e4-4080-9221-373d3ff390c4..jpg

Aİ Azərbaycandan qaz idxalını artırmağı planlaşdırır

Baxış sayı: 678 dəfə baxılıb.

Aİ Azərbaycandan qaz idxalını artırmağı planlaşdırır

Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Tim Makfi bildirib ki, Brüssel və
Bakı arasında Azərbaycandan Avropa İttifaqına qaz nəqlinin artırılmasına dair
razılaşma var.

“Hazırda Azərbaycanla qaz tədarükünü artırmaq və bərpa olunan mənbələr də
daxil olmaqla, gələcək üçün enerji tərəfdaşlığı yaratmaq üçün anlaşma
memorandumu mövcuddur”, – sözçü cümə günü Brüsseldə keçirilən brifinqdə
bildirib.

Onun gətirdiyi rəqəmlərə görə, Azərbaycan 2021-ci ildə Avropa İttifaqına 8,1,
2022-ci ildə isə 11,3 milyard kubmetr qaz tədarük edib.

“Anlaşma memorandumunun məqsədi gələcəkdə qaz tədarükünü ildə 20 milyard
kubmetrə çatmaqdır”, – AK nümayəndəsi qeyd edib.

Mənbə: İnterfaks

Source link