9a15ac89-d95a-43a8-8f08-a56de6adda84..jpg

Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir

Baxış sayı: 837 dəfə baxılıb.

Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) Şurası bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti
29-cu sessiyasında (COP29) uğurlu nəticələr əldə etmək üçün Azərbaycanla
əməkdaşlığa ümid edir.

Cixisyolu.com xəbər verir ki, bu barədə “yaşıl diplomatiya” üzrə görüşün yekunlarına
dair bəyanatda bildirilib.

“Təşkilat Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Dubayda COP28-ə ev sahibliyi
etdiyi üçün təşəkkür edir və BƏƏ Konsensusunun qəbulunu alqışlayır. Aİ COP29 və
COP30-la bağlı uğurlu və iddialı nəticələrə nail olmaq üçün bütün
tərəfdaşlarla, o cümlədən “üçlük”lə – Birləşmiş Ərəb Əmirlikləri və gələcək COP
sədrləri – Azərbaycan və Braziliya ilə işləməyi səbirsizliklə gözləyir”, –
bəyanatda qeyd edilib.

Aİ Şurası vurğulayıb ki, dayanıqlı gələcəyi təmin etmək üçün COP28 və
biomüxtəlifliyə dair qlobal çərçivə proqramında razılaşdırılmış qlobal
öhdəliklərin yerinə yetirilməsi vacibdir: “Bu fonda Aİ BMT-nin Bakıda və
Belendə keçiriləcək növbəti iqlim konfranslarında uğurlu və iddialı nəticələr
əldə etmək üçün bütün tərəfdaşlarla işləməyi, həmçinin Kolumbiyada Bioloji
Müxtəliflik üzrə növbəti Konvensiya üzərində işləməyi səbirsizliklə gözləyir”.

Source link