e12ed61b-cc6a-4353-8c62-36c5f9be5843..jpg

Aİ məhkəməsi ilk dəfə rusiyalı biznesmenə qarşı sanksiyaları ləğv edib

Baxış sayı: 587 dəfə baxılıb.

Aİ məhkəməsi ilk dəfə rusiyalı biznesmenə qarşı sanksiyaları ləğv edib

Lüksemburqdakı Avropa Ümumi Yurisdiksiya Məhkəməsi “Ozon” şirkətinin keçmiş
baş direktoru Aleksandr Şulqinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.

Bu barədə qurumun saytında məlumat verilib.

Məhkəmənin qərarı Aİ Şurası tərəfindən apellyasiya şikayəti üçün ayrılan
müddət bitdikdən sonra qüvvəyə minəcək.

Şulqin Aİ sanksiyalarının ləğvinə nail olan ilk rusiyalı sahibkardır. Bundan
əvvəl Avropa məhkəmələri yalnız iş adamlarının qohumlarına qarşı sanksiyaları
ləğv edib. Məsələn, Mixail Fridmanın keçmiş həyat yoldaşı, Əlişir Usmanovun
bacısı və Yevgeni Priqojinin anası sanksiya siyahısından çıxarılıb.

Xatırladaq ki, Şulqin 2022-ci ilin aprelində sanksiyalara məruz qalıb.

Source link