86445915-a1cb-45b8-822c-dcc77c499ca4.webp

Aİ-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə hazırlanır – Bizdən nə danışırlar?

Baxış sayı: 165 dəfə baxılıb.

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, paytaxtda keçiriləcək COP29-a sayılı günlər qalıb.
Azərbaycan həm etibarlı tərəfdaş kimi, həm də beynəlxalq tədbirlərə ev
sahibliyi edən ölkə kimi diqqət mərkəzindədir. Analiz edilən xəbərlərdən
ölkəmizə olan marağın daha da artdığını müşahidə edirik.

Rusiyanın “Vestnik Kavkaza” nəşri xəbər verir ki, BRICS Azərbaycanla
Ermənistan arasında sülh prosesinə təkan verib. Bildirilib ki, Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
“Outreach”/”BRICS+” plenar iclasında fəal müzakirədən sonra ikitərəfli görüş
keçiriblər. Bu, uzun müddətdən sonra Rusiyada ilk danışıqlar raundudur.

Gürcüstan hələ də Rusiya ilə ikitərəfli və çoxtərəfli görüşlərdən
uzaqlaşdığından Cənubi Qafqaz Kazanda keçirilən növbəti BRICS forumunda iki
respublika tərəfindən təmsil olunub. Ermənistan və Azərbaycanın Kazan
Sammitində iştirakı bütün bölgənin taleyinə mütləq təsir edəcək.

Rusiyanın “Moskva-Bakı” nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycan,
Rumıniya və Macarıstan Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik
verilişi xəttinin çəkilməsi üzrə meqa-Avropa layihəsinin icrası üzərində
işləyirlər.

“Moskva-Bakı” Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş
naziri Viktor Orban Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə
mətbuat konfransında deyib. “Azərbaycan, Rumıniya, Macarıstan bu istiqamətdə
işləyir və bizim birgə müəssisəmiz var. Bu, Avropa İttifaqında ən uğurlu
layihələrdən biri olacaq”, – deyə V.Orban qeyd edib.

Məqalədə o da vurğulanır ki, Gürcüstanın, Azərbaycanın, Macarıstanın və
Rumıniyanın enerji operatorları yüksək gərginlikli elektrik şəbəkəsinin
çəkilməsi layihəsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında Saziş
imzalayıblar.

Pakistanın “The Express Tribune” nəşri oxucuların diqqətinə çatdırıb ki,
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi
istiqamətində atılacaq addımlar müzakirə edilib. Mənbə oktyabrın 28-də
ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah
Rəisləri Komitəsinin sədri, general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi
nümayəndə heyətinin keçirdiyi görüşlərə diqqət çəkib.

Qeyd olunub ki, Pakistan və Azərbaycan 1992-ci ildən ticarət, müdafiə və
enerji sahələrində əməkdaşlıq tarixinə malik səmimi diplomatik münasibətləri
davam etdirir.

Ətraflı Baku TV-nin süjetində:

Aİ-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə
hazırlanır – Bizdən nə danışırlar?
Aİ-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə hazırlanır – Bizdən nə
danışırlar?

Source link