237358e9-b295-4e49-8a7f-98e77a8115e5.jpg

Aİ-nin Gürcüstandakı səfiri: “Azərbaycanın COP29 sədrliyi iqlim məsələlərinə olan diqqəti artıracaq”

Baxış sayı: 298 dəfə baxılıb.

“Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük
önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi,
regionda bu məsələlərin müzakirəsi üçün mühüm bir imkan yaradır. Aİ-nın
yüksəksəviyyəli nümayəndə heyəti də bu tədbirdə iştirak edəcək, bu da tədbirin
əhəmiyyətini artırır”.

Bu sözləri “Report”a Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski
deyib.

“Aİ iqlim dəyişikliyi və ekoloji məsələlər üzrə bütün planet üçün vacib olan
problemlərin həllinə dəstək verməyə çalışır. Azərbaycanın bu cür mötəbər bir
tədbirə ev sahibliyi etməsi regionda iqlim məsələlərinə olan diqqəti
artıracaq”, – o qeyd edib.

Səfir rəsmi Bakıya COP29-a ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

Herçinski iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini
və birgə səylərin nəticə verəcəyini də əlavə edib: “Belə tədbirlər, Aİ ilə
Azərbaycanın əməkdaşlığını daha da gücləndirəcək və ekoloji məsələlərin
müzakirəsi üçün bir platforma yaradacaq”.

Source link