934b218d-cd41-404f-b1a0-8fe352548288..jpg

Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”

Baxış sayı: 550 dəfə baxılıb.

Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu,
sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və
demarkasiyası lazımdır”.

Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis
Maraqos “Joxovurd” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Brüssel Ermənistanla Azərbaycan arasında bütün
mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir.

“İlk növbədə, 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində iki ölkə arasında
sərhədin delimitasiyası lazımdır”, – deyə Maraqos bildirib.

Source link