Aİ prezidenti İlham Əliyevə başsağlığı verib

Aİ prezidenti İlham Əliyevə başsağlığı verib

Baxış sayı: 5. 015 dəfə baxılıb.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, başsağlığında deyilir: 

“Möhtərəm cənab Prezident. Martın 2-də Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi yanğın hadisəsi haqqında xəbər məni dərindən kədərləndirdi.

Avropa İttifaqı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

www.ÇıxışYolu.Com