d8f3cf91-b163-4a40-879a-37af0cf422d7..jpg

Aİ sammitində Gürcüstan, Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı qərar qəbul olunacaq

Baxış sayı: 881 dəfə baxılıb.

Aİ sammitində Gürcüstan, Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı qərar qəbul
olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 14-15-də keçiriləcək sammitdə Avropa İttifaqına (Aİ) üzv olan 27
ölkənin liderləri Ukrayna və Moldova ilə birliyə qoşulmaq üçün danışıqlara
başlamaq barədə qərar qəbul edəcəklər.

Bu barədə sammitin yekun bəyannamə layihəsinə istinadən məlumat yayılıb.

Sənəd layihəsində qeyd edilir ki, “Avropa Şurası Ukrayna və Moldova ilə
üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlib”.

Bundan əlavə, Aİ liderləri Bosniya və Herseqovina lazımi şərtləri yerinə
yetirdikdə, üzvlüklə bağlı danışıqlara başlamağa hazır olduqlarını bəyan
edəcəklər. Bəyannamə layihəsində həmçinin bildirilir ki, Aİ Gürcüstana “lazımi
şərtləri yerinə yetirdiyi vaxt” üzvlüyə namizəd statusu verməyə hazırdır.

Mənbə: TASS

Source link