Avropa İttifaqı Duma şəhərində baş vermiş kimyəvi hücumla əlaqədar Suriya hökumətinə qarşı yeni sanksiyalar paketini nəzərdən keçirməyə hazırdır.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Federika Moqerini Brüsseldə açıqlama verib.
“2017-ci ilin iyul ayında və 2018-ci ilin mart ayında Avropa İttifaqı kimyəvi silahların hazırlanmasında və tətbiqində oynadıqları rola görə Suriyanın yüksək vəzifəli məmurları və alimlərinə qarşı əlavə məhdudlaşdırıcı ölçülər qəbul edib. Aİ hər zaman yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə hazırdır”,- deyə Moqerini bildirib.
Moqerini eyni zamanda gecə saatlarında Suriyaya endirilmiş raket zərbələrinə toxunaraq, ABŞ, Fransa və Böyük Britaniya rəhbərliyinin bu barədə rəsmi Brüsseli məlumatlandırdığını diqqətə çatdırıb.