Asiya İnkişaf Bankı (AİB) nəqliyyat, enerji və qeyri-neft sektorunun effektivliyinin artırılmasına kredit ayırmağı planlaşdırır.
ÇıxışYolu.Com xəbər verir ki, 2018-2020-ci illər üzrə təsdiqlənən biznes-plan çərçivəsində 900 mln. dollar vəsaitin ayırılması nəzərdə tutulur:
“Bank ortamüddətli dövr üçün ticarət, kiçik və orta biznes, infrastrukturun inkişafı sahəsində layihələri maliyyələşdirməyi planlaşdırır.
Bundan əlavə, iqtisadiyyatın inklüziv inkişafını təşviq etmək məqsədilə müxtəlif sahələrdə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmağı düşünürük”.
Qeyd edək ki, Azərbaycan AİB-ə 1999-cu ildə qoşulub. Bugünədək AİB Azərbaycana kreditlər, qrantlar və texniki yardım formasında 4,61 mlrd. dollar vəsaitin ayrılmasını təsdiqləyib.