2018-2019-cu illərdə Azərbaycan sərt pul-kredit siyasətini davam etdirəcək.
ÇıxışYolu.Com xəbər verir ki, Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook 2018” hesabatında bildirilir.
AİB-in hesabatına görə, Azərbaycan Mərkəzi Bankı ehtiyac yarandığı təqdirdə valyuta bazarına müdaxilə edə və manatın dəyərsizləşməsinin qarşısını ala bilər.
Bankın proqnozuna görə, Azərbaycanın bank sektorunda dollarlaşma səviyyəsi yüksək olacaq. Bildirilir ki, hazırda əhalinin bank depozitlərinin 62%-i, kreditlərin 39%-i dollarladır:
“Hökumətin büdcə-vergi siyasəti iqtisadi artımı dəstəkləyir. Eləcə də, Neft Fondundan büdcəyə transfertlər dövlət investisiya layihələrinin reallaşdırılmasına şərait yaradır”.
AİB-in qiymətləndirməsinə əsasən, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) 32%-ni, 2019-cu ildə 30,3%-ni təşkil edəcək. Büdcə xərcləri isə 2018-ci ildə ÜDM-in 34,2%-nə, 2019-cu ildə 31,1%-nə bərabər olacaq.