6bde76c6-7cdd-4e9a-bdce-17fe38b9047d..jpg

“AIESEC ilə inkişaf et” layihəsi çərçivəsində “Karyera Yüksəlişi” tədbiri keçirilib – FOTO

Baxış sayı: 1. 115 dəfə baxılıb.

“AIESEC ilə inkişaf et” layihəsi çərçivəsində “Karyera Yüksəlişi” tədbiri
keçirilib – FOTO

“AIESEC Azərbaycan”ın təşkilatçılığı ilə 11 mart 2023-cü il tarixində 100-ə
yaxın gəncin iştirakı ilə “AIESEC ilə inkişaf et” layihəsi çərçivəsində
“Karyera Yüksəlişi” adlı tədbir keçirilib.

Tədbirin məqsədi müxtəlif peşə sahələrindən olan liderləri və azərbaycanlı
gəncləri bir araya toplamaqla onlara öz gələcək karyeralarında uğurla
addımlamağa yönəltməkdən ibarət olub.

Həyata keçirilən “AIESEC ilə inkişaf et” tədbirinin spikerləri
“MyContact.az” və “İŞ VAR” şirkətlərinin təsisçisi – Kamran Məmmədov,
beynəlxalq təcrübəli satış təlimçisi – Kamal Mahmudov, karyera üzrə icraçı
məşqçi – Şamil Fətəliyev və “166” Yükdaşıma və Logistika şirkətində
marketinq meneceri – Rüfət Quliyev olublar. Öz sahələrində kifayət qədər uğur
qazanmış spikerlər gənclərə karyera qurmaq, inkişaf etmək, uğur qazanmağın
forma və formulundan danışıblar. Karyera qurarkən daha çox nələrə diqqət
edilməli, hansı addımlar atılmalı, doğru və yanlış istiqamətləri izah edib, ən
doğru seçimlər etməyin yollarını izah edərək gəncləri istiqamətləndiriblər.

Tədbir böyük maraqla qarşılanıb, gənclərdə yaranan suallar spikerlər
tərəfindən ətraflı cavablandırılıb və səmərəli müzakirələrlə layihə işini
yekunlaşdırıb.

Source link