046d3086-34ed-40f1-a26c-04ced9000ed5.webp

Ailə həyatı quracağı adı ilə qadınlardan 70 min manatdan çox pul alıb – HÖKM

Baxış sayı: 158 dəfə baxılıb.

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Misir Kərimovun (şərti)
barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Misir Kərimov dostu zərərçəkmiş Malik Əsədovun (şərti) adına
kreditə mobil telefon götürərək özü istifadə edib bir ay ərzində krediti tam
şəkildə ödəyəcəyini, əks halda telefonu ona qaytaracağı barədə yalan vəd verib.

O, dostunun adına 6 ay krediti ödəmək şərti ilə 3805 manat dəyərində “iPhone
13 Pro Max” markalı mobil telefonu alaraq verdiyi vədə əməl etməyib. Sonra
Misir telefonu Malikdən xəbərsiz başqa mağazaya satıb.

Bundan başqa, Misir Kərimov zərərçəkmiş İlahə Səfərova (şərti) ilə ailə həyatı
quracağına dair yalan vəd verib, onu inandırmaqla özünü hüquq-mühafizə
orqanlarında işləyən şəxs kimi təqdim edib. O, xidməti işində yaranmış
problemlərin aradan qaldırılması üçün pul və yaxud digər əmlak verməsini
qadından xahiş edib, qısa zamanda qaytaracağına söz verərək aldadıb. Misir bu
adla qadından 2022-ci illərdə Nərimanov rayonu ərazilərində ümumilikdə 16 539
manat pulu alıb.

Bundan başqa, Misir Kərimov digər qadın, zərərçəkmiş Gözəl Hacıyevanı (şərti)
da aldadıb. Belə ki, o, zərərçəkmişə ailə həyatı quracağına inandırıb və özünü
uğurlu iş adamı kimi təqdim etməklə avtomobillərin alınaraq icarəyə verilməsi
sahəsində birgə iş qurmalarına dair yalan vəd verib. Misir bu adla Gözəldən
2022-ci illərdə Nizami rayonu ərazilərində ümumilikdə 53 600 manat pulu
dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan
məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Misirin cəzasını 6 ilə endirib.

Source link