Milli Məclisdə (MM) ailə məsələlərinə həsr olunmuş ictimai müzakirələr keçiriləcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu gün MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda dinləmələr təşkil ediləcək.
İctimai müzakirələrdə millət vəkilləri ilə yanaşı, bir sıra dövlət qurumlarının, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin (DİN), Qeyri-Hökumət Təşkilatlarının (QHT) təmsilçiləri iştirak edəcəklər.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com