Ailə NET internetin sürətini artırır

Ailə NET internetin sürətini artırır

Baxış sayı: 2. 632 dəfə baxılıb.

Ailə NET-dən Novruz bayramı ərəfəsində yenilik. Baharın gəlişi ilə internet tariflərini təzələyən provayder, qiymətləri daha sərfəli edib.

17 Mart 2018-ci il tarixindən etibarən Ailə NET abunəçiləri eyni qiymətə daha sürətli fiber-optik internetdən istifadə edəcəklər. Belə ki, aylıq 18 azn təşkil edən, minimal 10 Mbit/s internet tarifi artıq 15 Mbit/s daha sürətli olacaq. Gecə saatları isə, 00:00-dan 12:00-dək sürət daha da artaraq 30 Mbit/s-dək yüksələcək.

Daha yüksək Ailə NET internet tariflərində də sürət artımı olmuşdur, yenilənmiş tariflərlə ətraflı http://aile.tv/tariffs internet səhifəsində tanış olmaq mümkündür.

Bundan əlavə, Ailə NET-in təqdim etdiyi fiber-optik internetə ilk dəfə qoşulan abunəçilərə güzəştli şərtlər də təklif olunur. Belə ki, hər yeni ünvandan qoşulan abunəçi 2 ayın abunə haqqını öncədən ödəyərək 4 antenli Xiaomi WiFi Routeri hədiyyə qazancaq. Qoşulma zamanı kabel və xidmət haqqı da tamamilə pulsuzdur.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Novruz bayramı münasibətilə Ailə TV kabel televiziyası abunəçiləri üçün də sürprizlər hazırlanmışdır. İlk öncə kabel tv rəqəmsal yayım abunəçilərində əlavə paket olan, Ailə+ paketi 19-26 Mart  aralığında açıq şəkildə yayımlanacaq, bununla da abunəçilər heç-bir əlavə ödəniş etmədən daha çox TV kanal izləyə biləcəklər. Yaxın günlərdə Ailə  TV kabel televiziyasında kanalların daha da artırılması və güzəştli kampaniyaların keçirilməsi gözlənilir.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək və ya aile.tv internet səhifəsinə daxil olmaq mümkündür.

www.ÇıxışYolu.Com