Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd
Əhmədovun tibbi ekspertizası başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Əhmədov artıq Bakı İstintaq
Təcridxanasına qaytarılıb.
Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ yekun rəy hazır
deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim
ediləcək.
Qeyd edək ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına
yerləşdirilmişdi.
Xatırladaq ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman
Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və
2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə
yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən
1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən
saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman
qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı
şübhələr müəyyən edilib.