Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? – Hüquqşünasdan
AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov
barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni
anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.
Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət
məsuliyyətindən azad edirmi?
Hüquqşünas Hikmət Əliyev bildirib ki, məhkəmə-psixiatriya ekpertizasının rəyi
nəzərə alınmaqla şəxs tərəfindən cinayəti anlaqsız vəziyyətdə törətməsi tam
sübut olunduqda məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi,
barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar
çıxarır:
“Yəni belə şəxslərə cəza təyin edilmir. İntensiv və daimi müşahidə müəyyən
edən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında psixi vəziyyətinə görə özü
üçün və ya kənar şəxslər üçün təhlükəli olan şəxslər barəsində məcburi müalicə
aparılmalıdır. Şəxsin psixi vəziyyəti yaxşılaşdığı halda həkim komissiyasının
rəyinə əsasən məcburi müalicə dayandırıla bilər. Göründüyü kimi, şəxs anlaqsız
vəziyyətdə cinayət törədibsə, sonradan sağaldığı təqdirdə belə, məsuliyyətə
cəlb edilmir”.
Psixiatr Nadir İsmayılov isə qeyd edib ki, Ə.Əhmədov adi xəstəxanada yox,
xəstəxanaların xüsusi gücləndirilmiş rejimlə işləyən şöbəsində müalicəyə
getməlidir:
“Müalicə altı ay, bir il, 10 il də ola bilər. Xəstə sağalana qədər
xəstəxanadan buraxıla bilməz”.
Daha ətraflı Baku TV-nin süjetində: