b92c2e66-d1ba-4ef5-a453-48d0c26e9a92..jpg

Ailəsindən gizli döyüşən qazi: “Məni saatlarla sürüyüb çıxardılar” – VİDEO

Baxış sayı: 568 dəfə baxılıb.

Ailəsindən gizli döyüşən qazi: “Məni saatlarla sürüyüb çıxardılar” – VİDEO

Baku TV-də yayımlana “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.

Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Elvin Orucov öz döyüş yolundan
bəhs edib.

Yaralanmasından danışan qazi qeyd edib ki, ayağından güllə yarası alıb:

“Yoldaşlarım mənə döyüş meydanında ilkin tibbi yardım göstərdilər. Oradan məni
saatlarla sürüyərək çıxardılar”.

Onun sözlərinə görə, müharibədə iştirak etməsindən ailəsinin xəbəri olmayıb:

“Valideynlərim heç vaxt Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyimi
bilməyiblər. Yaralananda Müdafiə Naziliyindən ailəmə sağ olduğum barədə məlumat
verməli olduğum deyildi. Əməliyyata girəndə zəng etdim ki, hospitaldayam,
təlimdə yıxılmışam”.


Source link