7730d64d-aebe-4ab2-b8f7-8cc0192abf0f..jpg

“AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu – FOTO

Baxış sayı: 838 dəfə baxılıb.

“AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AIM Congress”in milli turunun qalibi 60 min dollara yaxın investisiya üçün
dünyanın 100-dən çox ölkəsinin startapları ilə mübarizə aparacaq.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat
verilib.

Bildirilib ki, yeddi-doqquz may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısında
(AIM Congress) ölkəmizi təmsil edəcək startap seçildi.

67 startap layihə arasından seçilən “Recepta” “AIM Congress”in milli turunun
(The National Pitch Competition) qalibi kimi ölkəmizi Əbu-Dabidə təmsil edəcək.
Komandanın kassa çeklərinin rəqəmsallaşması platforması layihəsi dünyanın
100-dən çox ölkəsindən olan startaplarla birgə investisiya qazanmaq üçün
mübarizə aparacaq. Müxtəlif ölkələrdə keçirilmiş milli turun qalib startapları
“AIM Congress” çərçivəsində beynəlxalq investorlardan 60 min dollara qədər
investisiya qazanmaq üçün yarışacaqlar. “AIM Congress”də iştirak etmək həmçinin
startaplara təcrübə mübadiləsi və əlaqələrini genişləndirmək imkanı verəcək.

Qeyd edək ki, “AIM Congress”in Azərbaycan üzrə milli turuna “Pre-seed” və ya
“Seed” mərhələsində olan 67 startap müraciət edib. Onların arasından seçilmiş
“Remart”, “Sampler.az”, “BYQR”, “Kofeal”, “MovementAZ”, “MenzilPark”, “MiLoy”,
“Recepta”, “Eathanos”, “Simic.App”, “Rawuser” və “Metatesk” aprelin 9-da Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABB İnnovasiya Mərkəzinin
tərəfdaşlığı ilə formalaşdırılmış münsiflər heyəti qarşısında layihələrini
təqdim ediblər.

Milli turun qalibinin “AIM Congress”də iştirak üçün aviabilet (gediş-dönüş),
qonaqlama xərcləri qarşılanacaq və startapını təqdim etməsi üçün tədbir
müddətində stend ayrılacaqdır.

Source link