“Air Canada” aviaşirkətinin reysində “təhlükəsizlik amillərinə” istinad edərək 12 yaşlı Fatimə Abdelrəhmanı baş örtüyünü çıxartmağa məcbur ediblər.
“Anadolu” xəbər verir ki, hadisə sosial şəbəkədə böyük səs-küyə səbəb olub.
F.Abdelrəhman ABŞ-ın skvoş üzrə milli komandasının üzvüdür. Yığma Torontodan qayıdan zaman hava limanının əməkdaşı ondan baş örtüyünü çıxarmağı tələb edib.
Fatimə bunun üçün ayrıca otaq istəyib, lakin onu kənara aparıb baş örtüyünü tez bir halda çıxartmağa məcbur ediblər.
Hadisə haqda sosial şəbəkələrdə məlumatı F.Abdelrəhmann bacısı Səbrin yayıb. Bundan sonra aviaşirkət baş verənlərə görə üzr istəyib.