5ac66d6a-abde-410a-82e5-e73a5903f9b5..jpg

“Air Moldova” aprelin 25-dək planlaşdırılan bütün uçuşları ləğv etdi

Baxış sayı: 676 dəfə baxılıb.

“Air Moldova” aprelin 25-dək planlaşdırılan bütün uçuşları ləğv etdi

“Air Moldova” aprelin 21-dən 25-dək planlaşdırılan bütün uçuşları ləğv edib.
Şirkət ləğv edilmiş biletlərin pulunu geri qaytaracağını vəd edib.

“Təəssüflə qeyd edirik ki, “Air Moldova” komandasının hazırda şirkətin düşdüyü
vəziyyəti idarə etmək üçün göstərdiyi bütün səylər və tədbirlər nəticə
verməyib. Hazırda ölkədə mülki aviasiya sahəsində misli görünməmiş vəziyyət
yaranıb. “Air Moldova” komandası bu kritik dövrdə öhdəliklərini yerinə yetirə
bilmədiyinə görə üzr istəyir”, – deyə “Air Moldova”nın açıqlamasında bildirilib.

Şşirkət əməkdaşları hava yollarını xilas etmək üçün səlahiyyətlilərdən təcili
müdaxilə tələb ediblər. Onlar ölkə prezidentinə ünvanlanmış petisiya imzalayıb
və orada dərin maliyyə böhranı barədə məlumat veriblər.

Mənbə: TASS

Source link