ff6e4a97-33ff-4529-82af-b1e904cb458f..jpg

AİSEL-dən “ON”luq layihə – FOTO/VİDEO

Baxış sayı: 951 dəfə baxılıb.

AİSEL-dən “ON”luq layihə – FOTO/VİDEO

Bəstəkar-müğənni Aisel “ON” adlı albomunu təqdim edib.

“SS production” şirkəti tərəfindən hazırlanan albomdakı “Dönən deyiləm”
mahnısının sözləri Nəriman Abbaszadəyə, “Unuda Bilmədim” mahnısının sözləri Jay
Huna, digər mahnıların sözləri və bütün bəstələr ifaçının özünə aiddir.
Albomdakı mahnıların aranjimanı, miks və masterinqi Emin Kərimə (STKHA) aiddir.

Albom əsasən pop janrında hazırlansa da, mahnılarda elektronik və etkin
janrların elementlərindən istifadə olunub. İfaçı bu albomda daha çox ritmik
mahnılara yer verib. Albomu bütün rəqəmsal musiqi platformalından yükləyə və
dinləyə bilərsiniz.

Albomun tanıtım sinqlı olaraq seçilən “Qardan Qara” mahnısının sözləri, musiqi
ritmləri və ona çəkilən klipdə bizə tam başqa Aisel göstərilir. 40-dan çox
heyət üzvünün iştirak etdiyi və 22 saat ərzində çəkilən klipdə Aisel 6 peşəkar
rəqqasə ilə rəqs edir. Elektronik musiqi və muğam sintezi ilə təqdim hazırlanan
mahnını və ona çəkilmiş klipi Aiselin rəsmi “YouTube” hesabından izləyə
bilərsiniz.


Source link