ac5d7176-4939-4803-94f4-83de3487070b..jpg

AK: “Sanksiyalar Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək”

Baxış sayı: 1. 053 dəfə baxılıb.

AK: “Sanksiyalar Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya
sürükləyəcək”

Avropa Komissiyası (AK) ümid edir ki, Avropa İttifaqının sanksiyaları “Rusiya
iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək”. Bunu AK-nın
rəhbəri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı
zamanı deyib.

“Biz Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyən ən güclü
sanksiyaları tətbiq edirik və onun sənayesi müasir və kritik texnologiyalardan
məhrum olacaq”, – deyə o bildirib.

AK rəhbəri bir daha vurğulayıb ki, Brüssel Ukraynadakı hərbi əməliyyatlara
görə Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və lazım olan müddətdə Kiyevi
dəstəkləyəcək.

Avropa İttifaqı 2022-ci ilin fevralından Rusiyaya qarşı doqquz iqtisadi və
fərdi sanksiyalar paketi tətbiq edib.

Mənbə: TASS

Source link