Akademik jurnalistləri təhqir edib

Akademik jurnalistləri təhqir edib

Baxış sayı: 3. 244 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı əhaliyə xəbərdarlıq edib. 

ÇıxışYolu.Com-ın Modern.az-a istinadən verdiyi məlumata görə, saytın əməkdaşı mövzunu davam etdirmək, əhalinin narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib.

Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər suallar ünvanlanıb.

O isə suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başlayıb və telefonu jurnalistin üzünə bağlayıb.

Saytın əməkdaşı institutut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün yenidən ona zəng edib. Ancaq akademik özündən gözlənilməyən sözlərlə jurnalistləri təhqir edib:

“Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.

Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə “bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!”

www.ÇıxışYolu.Com