e97b02b1-792d-4894-8c82-b7f637c4be36..jpg

Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşasının premyerası olub – FOTO/VİDEO

Baxış sayı: 530 dəfə baxılıb.

Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşasının premyerası olub –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir
Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor
Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşanın
premyerası olub.

AZƏRTAC xəbər verir ki, dərin fəlsəfi məna kəsb edən klassik əsər yeni
rejissor yozumuna əsasən orijinallığını saxlasa da, fərqli təqdimatı ilə təkcə
Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilkdir.

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət
xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar İncəsənət
Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar
artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə
İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar
Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor
assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova,
Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan
Hüseynli çıxış edib.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun
ruhu obrazını canlandırır. Onun tərəfmüqabili – Leylinin ruhu obrazının ifaçısı
isə teatrın balet artisti İranə Kərimovadır.

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə
Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva,
Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev,
Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda, teatrın
xor və balet heyətinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, tamaşanın növbəti nümayişi noyabrın 18-də olacaq.


Source link