Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxsin qohumu azadlığa buraxılıb

Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxsin qohumu azadlığa buraxılıb

Baxış sayı: 2. 914 dəfə baxılıb.

Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxsin qohumu azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin və onun həmyaşıdı Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, hər iki şəxs barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. Onlar məhkəmənin iclas zalından azadlığa buraxılıblar.


Qeyd edək ki, ittiham aktına əsasən, S.Cahangirli “Real” MTK-nın icraçı direktoru olub və A.Əşrəfov isə həmin MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək, əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Xatırladaq ki, S.Cahangirli “Real” MTK-nın həbsdə olan rəhbəri İlham Qasımovun bacısı oğludur. İ.Qasımov da dələduzluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Qasımovun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib. O, şair Gülağa Tənhanın (Gülağa Qəmbərov) 19,5 milyon dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.