a756a427-7d2f-49be-8fa0-d06fbf1793d3..jpg

Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara RƏSMİ CAVAB

Baxış sayı: 866 dəfə baxılıb.

Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara RƏSMİ CAVAB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Akif Qurbanovun atasının saxlanılmasına dair iddialara rəsmi münasibət
bildirilib.

DİN-in Mətbuat Xidmətinin inspektoru İbrahim Əmiraslanlı Cixisyolu.com-ın sorğusuna
cavab olaraq bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm
sənədləri evdən çıxararkən olub:

“Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq
materiallarına əlavə edilib. Daha sonra o sərbəst buraxılıb”.

Qeyd edək ki, “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha
bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu
Y.V.Çəmənzəminli küçəsi, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər
ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis
əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov də əməliyyat zamanı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və
məhkəmə tərəfindən barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Source link