Britaniyanın Hernsi adasında sirkdə çıxış edən akrobat 10 metr hündürlükdən yerə çırpılıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisənin görüntüsünü “Daily Mail” yayıb.
“Salto-mortale” tryukunu yerinə yetirən “Xoui” ləqəbli akrobat səhvə yol verərək, fırlanan çarxın içindən çıxıb və arenaya beli üstə yıxılıb.
Xəstəxanaya çatdırılan artist, hündür məsafədən yıxılmasına rəğmən bir sümüyünü belə sındırmayıb, yalnız bir neçə qançır və zədə ilə qurtulub.