26 fevral 1992-ci il gecəsinin ilk saatlarında Azərbaycanın Xocalı şəhərində 106-sı qadın, 83-ü uşaq olmaqla, 613 qardaşımız vəhşiçəsinə qətlə yetirildi.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Türkiyənin keçmiş daxili işlər naziri və sabiq vitse-spiker, “İYİ PARTİ”nin lideri Meral Akşənər Xocalı soyqırımın 26-cı ildönümü ilə bağlı Azərbaycan xalqına verdiyi başsağlığında qeyd edib.
“Bu gözü dönmüş vəhşiliyi və geridə qalan acıları unutmadıq, unutmayacağıq. Rəbbim qardaşlarımızın məkanlarını cənnət etsin!”, – deyə Akşənər qeyd edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com