358358ba-a5c0-4b87-918a-abd86caa3cec..jpg

Aksiz markası ilə markalanmalı və məcburi nişanlanmalı olan mallar – SİYAHI

Baxış sayı: 768 dəfə baxılıb.

Aksiz markası ilə markalanmalı və məcburi nişanlanmalı olan mallar – SİYAHI

“Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz
markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların
Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz
markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi,
onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar
imzalayıb.

Aksiz markası və məcburi nişanlanma tətbiq olunan mallar:

– içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan
denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan
denaturlaşdırılmamış etil spirti);

– araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları,
konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;

– şərab və şərab materialları;

– pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik
içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9
faizdən çox olmayan).

Məcburi nişanlanmalı olan mallar:

– tütün məmulatları;

– elektron siqaretlər üçün maye;

– istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər,
“homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna
çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;

– qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;

– birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

Bu mallar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilərək
satıldığı təqdirdə həmin mallara aksiz markası tətbiq edilir.

Source link