Vergilər Nazirliyi ölkə ərazisində alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışının həyata keçirilməsinin qarşısının alınması məqsədilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 27 təsərrüfat subyektində vergi nəzarəti tədbiri həyata keçirib.
Nazirlikdən ÇıxışYolu.Com-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 4605 qutu aksiz markasız tütün məmulatları və 163 ədəd aksiz markası olmayan alkoqollu içkilər aşkar olunaraq götürülüb.
Müəyyən edilmiş faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.
Bununla yanaşı, aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, bir sıra vergi ödəyiciləri tərəfindən satış üçün əldə edilmiş aksizsiz tütün məmulatlarının könüllü təhvil verilməsinə başlanıb.
Belə ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində fəaliyyət göstərən vergi ödəyiciləri 12086 qutu aksizsiz tütün məmulatını könüllü olaraq dövlət vergi orqanı əməkdaşlarına təhvil veriblər.