8f292841-d509-452b-96e3-f76588872a9c..jpg

Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

Baxış sayı: 937 dəfə baxılıb.

Aktrisa Aidə həyatındakı köklü dəyişikliyə televiziyadan uzaqlaşmaqla başladı

Aktrisa Aidə Cəbiyeva aparıcılıq etdiyi Azərbaycan Televiziyasından ayrılıb.

OLAY-ın əldə etdiyi məlumata görə, kanalda “Telesəhər” proqramının aparıcısı
olan sənətçi işindən anidən getmək qərarı verib.

Qeyd edək ki, bir müddət öncə Aidənin 200 minlik “Instagram” hesabına
kiberhücum olduğu üçün bağladığı iddia edilirdi.

Lakin digər iddia isə onun şəxsi həyatındakı dəyişiklik ilə bağlı idi. Belə
ki, Aidənin dostlarından uzaqlaşması, hətta nömrəsini dəyişməsi bu barədə
söz-söhbətləri artırmağa başlayıb.

Deyilənə görə, Cəbiyeva ailə qurmağa hazırlaşır. O, bu səbəbdən də qapalı
həyat yaşamağa üstünlük verib.

Source link