Aktrisalar arasında qalmaqal: Ən axırıncı adamsan

Aktrisalar arasında qalmaqal: Ən axırıncı adamsan

Baxış sayı: 2. 346 dəfə baxılıb.

“Maşın” şounun iştirakçısı aktrisa Pərvin Abıyevaya sosial mediada həmkarları tərəfindən irad gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, aktyorları əsəbləşdirən səbəb onun proqram zamanı Hüseyn Əzizoğluya “kolleqam” deyərək səs istəməsi səbəb olub.

Buna ilk reaksiya verən aktyor Türkay Cəfərli olub. O, tənə ilə “Sən demə, aktyorluq peşəsi ilə vayner eyni sənət kolleqası imiş” sözlərini yazıb.

Daha sonra Pərvinə digər sərt reaksiya həmkarı Zarina Qurbanovadan gəlib.

“Deməli, baxıram və öz-özümə düşünürəm ki, kaş oynadığı filmlərdə, seriallarda da bu qədər təbii oynayardı – Oskarlıq”, – deyə Zarina “Facebook” hesabında status yazıb.

Aktrisalar arasında qalmaqal: Ən axırıncı adamsan

Onun bu sözləri isə qalmaqala səbəb olub. Belə ki, Pərvinin rəfiqəsi, aktrisa Nərgiz Əliyeva Abıyevaya yazılan iradlara cavab verib:

“Sən belə eləmə, artıq qaşınırsan. Ayıb olsun! Bunu yazmaqla sənə nə verdilər? Pərvinin sənə nə pisliyi dəyib? Səninlə başqa cür danışaram. Bu günə kimi heç nə deməmişəm, susmuşam. Heç kimlə də işim olmayıb. Ancaq məni danışdırmayın. Belə səviyyəsiz söhbətlər mənə yaraşmır. İnsan olaraq hamı bilir, kim kimdir. Sən ən axırıncı adamsan ki, bizə nəsə deyəsən. Çox ikiüzlüsən. Səni tanıdığım üçün utanıram. Sözün var, de ki, Pərvin, düz eləmədin. Bu nədir, özünü göstərirsən?”.

Aktrisalar arasında qalmaqal: Ən axırıncı adamsan

Zarina isə Nərgizi cavabsız qoymayıb: 

“Hər şey yaxşıdı, mən sizinlə dilləşə biləcək potensialda deyiləm. İnsan olaraq bir birimizi yaxşı tanıyırıq. Qaldı ki, incəsənətdə olan söhbətlərə – məncə kimin nəyi və necə elədiyini bildiyimiz üçün sussaq yaxşıdı…

Aktrisalar arasında qalmaqal: Ən axırıncı adamsan

Heç vaxt sizə nəsə deməmişəm, demərəm də, çünki o yolun yolçusu deyiləm.”

Aktrisalar arasında qalmaqal: Ən axırıncı adamsanAktrisalar arasında qalmaqal: Ən axırıncı adamsan

.
www.ÇıxışYolu.Com