Türkiyənin tanınmış aktrisası Cansu Dərənin evinə oğru girib.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçinin İstanbulun Bebek səmtində yerləşən evindən bahalı daş-qaşlar, aksessuarlar oğurlanıb.
Hadisə Dərənin “Şahsiyyet” serialının çəkiliş meydançasında olduğu zaman baş verib.
Evə girən oğrular aktrisanın bahalı aksessuarlarını oğurlayıb, “iPad” və noutbukuna toxunmayıb. Cansunun bahalı saatları da oğurlanan əşyalar sırasındadır.
Dərə polisə şikayət edərək ona dəyən ziyanın 500 min lirə (təxminən 210 min manat) olduğunu deyib.