82f95445-3048-455b-9e50-5331e8548a81..jpg

Aktyor Allahverdi Yolçuyev əməliyyat olunacaq

Baxış sayı: 398 dəfə baxılıb.

Aktyor Allahverdi Yolçuyev əməliyyat olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev əməliyyat
olunacaq.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi verilişlərin birində deyib:

“Şükür ki, artıq Azərbaycanda da beyinə çip yerləşdirmə əməliyyatını edirlər.
Qazaxıstanda bu əməliyyatın qiyməti 10 min dollardan çox idi. Türkiyədən gələn
həkimlər demişdilər ki, sənətçidir, 30 minə yox, 25 min dollara edərik. Bu
yaxınlarda isə Türkiyədən bir professor gəlmişdi, o da dedi ki, aparaq
Türkiyədə edək, amma mən qorxdum, razılaşmadım. Şükür ki, indi Azərbaycanda
var”.

Proqram zamanı qeyd olunub ki, Allahverdi Yolçuyevin əməliyyat xərci (22 min
dollar) xəstəxana tərəfindən qarşılanacaq.

Source link