Aktyor Fərda Amin: “Üçüncü sinfə qədər danışa bilmirdim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aktyor Fərda Amin teleproqramlardan birində başına gəlmiş maraqlı bir hadisə
barədə danışıb.
Lent.az-ın xəbərinə görə, aktyor üçüncü sinfə qədər danışa bilmədiyini,
nitqinin qüsurlu olduğunu deyib.
“Sinifdə uşaqlar lağ edirdilər, pərt olurdum. “B, r, o” hərflərini deyə
bilmirdim. Həyəcanlananda, daha çox kəkələyirdim, dilim batırdı. Ağlayırdım.
Balaca idim, Allaha dua eləməyi də bilmirdim, eləcə arzu edirdim ki dilim
açılsın. O zaman atamın işinə görə, Lerikdə yaşayırdıq. Bir gecə yuxuda mənə
dedilər ki, anana de səni Babagil pirinə aparsın. Yuxudan ağlayaraq durub anama
dedim. O zamana qədər evdəkilər də bu pir barədə heç nə eşitməmişdilər. Səhər
məni pirə apardılar. Evə gəldim yatdım. Yuxudan duranda problemsiz danışa
bilirdim”, – o bildirib.