Aktyor məşhurluq üçün ondan istifadə edən sevgilisindən ayrıldı

Aktyor məşhurluq üçün ondan istifadə edən sevgilisindən ayrıldı

Baxış sayı: 4. 191 dəfə baxılıb.

Tanınmış türkiyəli aktyor Şükrü Özyıldız nişanlısı stilist Rabia Yamandan ayrılıb.

ÇıxışYolu.Com xəbər verir ki, iki ildir birlikdə olab cütlük ötən ay nişanlanmışdı. Ancaq onlar ötən həftə münasibətlərinə son qoyub. 

Buna səbəb isə stilistin sevgilinin kölgəsinə qalması olub. Belə ki, davamlı olaraq bundan şikayətlənən Rabia Şükrüyə “Birlikdə çox gəzək, ortalıqda çox görünüb paparazzilərin diqqətini çəkək. Məşhur olmaq istəyirəm. Bu, mənim peşəm üçün çox yaxşıdır” deyirmiş.

Onun istəkləri qarşısında isə Şükrü Özyıldız sevgilisinə cavab verməyib. Sonuncu dəfə isə nişan mərasiminin ailə arasında baş tutması və mətbuatda yayımlanmaması Rabianı özündən çıxarıb. Cütlük dava edərək münasibətlərini bitiriblər.

.
www.ÇıxışYolu.Com