f7eae609-60ef-408f-a5d4-eaba1f660145..jpg

Aktyor Vin Dizel cinsi təcavüzdə ittiham olunur

Baxış sayı: 433 dəfə baxılıb.

Aktyor Vin Dizel cinsi təcavüzdə ittiham olunur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forsaj” filminin aktyoru Vin Dizel cinsi təcavüzdə ittiham olunub.

Dizelə qarşı mülki iddia keçmiş köməkçisi Asta Conasson tərəfindən qaldırılıb.
O, iddia edib ki, 2010-cu ildə “Forsaj-5” filminin çəkilişləri zamanı aktyor
hotel otağında ona hücum edərək nalayiq hərəkətlərə yol verib, onun razılığını
əldə edə bilmədikdən sonra çıxıb gedib.

Dizeldən başqa, iddiada cavabdeh şəxslərdən biri “One Race Productions”
prodüser şirkəti və aktyorun o zamanlar şirkəti idarə edən bacısı Samanta
Vinsentdir. Conasson iddia edib ki, Vinsent hoteldəki insidentdən bir neçə saat
sonra onunla əlaqə saxlayıb və işdən çıxarıb. Buna görə də, təcavüz iddiaları
ilə yanaşı, işdə düşmənçilik mühitinin yaradılması, iş müqaviləsinə qanunsuz
xitam verilməsi və s. ilə də bağlı ittihamlar da var.

Mənbə: rbc.ru

Source link