Aktyorla məktəb direktoru arasındakı insidentlə bağlı cinayət işi açıldı

Aktyorla məktəb direktoru arasındakı insidentlə bağlı cinayət işi açıldı

Baxış sayı: 2. 702 dəfə baxılıb.

Aktyorla məktəb direktoru arasındakı insidentlə bağlı cinayət işi açıldı

Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında baş verən insidentlə əlaqədar cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə ÇıxışYolu.Com-a açıqlamasında deyib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb.

Həmin görüntülər əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, müvafiq ekspertizalar təyin edilib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com