47204857-dc9c-4d42-87c4-d33286eee5a3..jpg

Al Kaponeyə məxsus olan torpaq sahəsi satışa çıxarılıb – FOTO

Baxış sayı: 562 dəfə baxılıb.

Al Kaponeyə məxsus olan torpaq sahəsi satışa çıxarılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Çikaqo ştatından olan məşhur qanqster Al Kaponeyə məxsus malikanənin
yerləşdiyi Palm-Biçdə yerləşən torpaq sahəsi 23,9 milyon dollara satışa
çıxarılıb.

Qeyd olunub ki, ərazinin sahəsi 2 800 kvadratmetr təşkil edir, bura təxminən
30 metr uzunluğunda olan şəxsi çimərlik də daxildir. Al Kapone bu ərazini
1928-ci ildə 40 000 dollara müstəmləkə üslubunda malikanə ilə birlikdə alıb.
Qanqster qonaq evi tikmək və mərcan mağarası olan gölməçə təşkil etmək üçün
təxminən 200 min dollar (340 min manat – red.) xərcləyib.

1947-ci ildə Kapone bu evdə ürək tutmasından vəfat edib və 1952-ci ildə onun
dul arvadı mülkü satıb. Bundan sonra mülkün sahibləri dəfələrlə dəyişiblər.

Malikanə söküntü planları ilə bağlı illərdir davam edən münaqişəyə səbəb olub.
Nəticədə, bina 2023-cü ilin avqustunda sökülüb.

Mənbə: rbc.ru

Source link