Al Paçinonun 30 yaşlı sevgilisi ilk dəfə oğlunu göstərdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
84 yaşlı Al Paçinonun sevgilisi ilk dəfə oğlu Romanı göstərib.
Uşağın şəkilləri “Vogue” jurnalının ərəb nəşri üçün çəkilib. 30 yaşlı Nur
Alfallah bununla bağlı müsahibəsində övladının ona Tanrının hədiyyəsi olduğunu
bildirib.
Qeyd edək ki, prodüserlik edən Nur, demək olar ki, uşağı tək böyüdür.
Al Paçino oğlu dünyaya gəlsə də, Nurla evlənmək istəməyib, hətta birgə
yaşayışa da razı olmayıb. Nur Hollivud ulduzunun evindən bir qədər aralıda
yerləşən villada yaşayır.
Cütlük 2019-cu ildə tanış olub, ancaq pandemiya zamanı bir araya gəliblər.
“Al qonşu küçədə yaşayırdı və biz hər gün birlikdə şahmat oynamağa, filmlərə
baxmağa başladıq. Bu, Al Paçino ilə kino məktəbi kimi idi”, – deyə gənc ana
etiraf edib.
Onun sözlərinə görə, hamiləliyi hər ikisi üçün sürpriz olub.
Mənbə: Spletnik.ru