“Alanlar” turnirində iştirak edəcək üç idmançımızın adı bilindi

Baxış sayı: 2. 353 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, dekabrın 7-dən 9-dək Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” (“Alanlar”) turniri keçiriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, artıq yığmamızın bu turnirə gedəcəyi heyəti tam olaraq müəyyənləşib.

Belə ki, yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev (hər ikisi -92 kq) və Aslanbəy Alborov (-97 kq) yarışda ölkəmizi təmsil edəcək. 

Qeyd edək ki, çempionlar beş min, yalnız finalda məğlub olanlar iki min, bürünc medalın sahibləri üçün min dollar pul mükafatına sahib çıxacaq. Həmçinin çempionların məşqçilərinə də 1000 dollar təqdim olunacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com