Türkiyənin Alanya şəhərində azərbaycanlı turist Ramil Zeynalov dənizdə batıb.
Məlumata əsasən, 24 yaşlı R.Zeynalov dostları ilə dənizdə çimərkən boğulub. O, xilasedicilər tərəfindən sahilə çıxarılıb.
Xəstəxanaya aparılan R.Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.
Onun cənazəsi yarılmaq üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.