32bd054c-c197-412a-a0e2-17b8e27d030e..jpg

Alban-Udi dini icmasının sədri: “Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik”

Baxış sayı: 587 dəfə baxılıb.

Alban-Udi dini icmasının sədri: “Pasxanı Qarabağda atalarımızdan miras qalmış
kilsələrdə qeyd edəcəyik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən,
atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik”.

Bunu “Report”a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib.

“Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə, cənab
Prezident İlham Əliyevin təbrikinə görə bütün pravoslav xristianları adından
təşəkkür edirəm. Bununla yanaşı, bizə Qafqaz Müsəlmanlar İdarəsi, həmçinin bir
sıra QHT-lər təbriklər ünvanlayıblar ki, bu diqqət bizim üçün çox dəyərlidir”,
– deyə icma sədri bildirib.

R.Mobili Pasxa bayramını keçirmək üçün gözəl şərait yaradıldığını vurğulayıb:

“Pasxa bayramını təbrik üçün bu gün yanımıza bir çox müsəlman qardaşlarımız da
gəlib. Bir sözlə, Azərbaycanda yaşayan və fəaliyyətdə olan bir çox dini
konfessiyaların üzvləri bizi təbrik etmək üçün sərgi açıb, musiqili
kompozisiyalar hazırlayıblar. Bizim Pasxanı keçirmək üçün gözəl şəraitimiz var.
Bütün bunlar bizə böyük stimul verir”.

Source link