26156a0e-cc5b-4ed0-ba2c-dbe61dbea0df..jpg

Albaniyada Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

Baxış sayı: 614 dəfə baxılıb.

Albaniyada Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti
Albaniyanın Tirana şəhərinə yola düşür.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mədəniyyət həftəsi
çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin inciləri Albaniya
ictimaiyyətinə təqdim olunacaq, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr
edilmiş sərgi, qala-konsert, “Natiq” ritm qrupunun çıxışı və rəqs proqramları,
“Arşın mal alan” filminin nümayişi keçiriləcək.

Həmçinin Mədəniyyət Nazirliyi nümayəndələri və Albaniya hökuməti rəsmiləri
arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Source link