Albaniyada oynamış futbolçumuz: “Qarabağ” “Partizani”dən üstündür

Baxış sayı: 2. 419 dəfə baxılıb.

Albaniyada oynamış futbolçumuz: “Qarabağ” “Partizani”dən üstündür

Albaniyada oynamağımın üstündən iki il keçdiyindən, “Partizani”nin indiki heyətindən xəbərim yoxdur. Amma onu deyə bilərəm ki, “Partizani” Tirananın iki ən yaxşı komandasından biri hesab edilir. Yaxşı azarkeşləri var.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev deyib.

2017/2018 mövsümündə altı ay Albaniyanın “Kukesi” klubunda çıxış etmiş hücumçu hazırda “Neftçi”də top qovur. Bakı klubu ilə Moldovada səfərdə olan R.Əliyev bu gün UEFA Çempionlar Liqasında “Qarabağ”ın qarşılaşacağı “Partizani”yə qarşı oynadığını bildirib. O qeyd edib ki, həmin vaxt Tirana klubu zəif çıxış edirdi: 

“Partizani” həmişə iddialı olub. Amma mən oynadığım vaxt bu komanda zəif çıxış edirdi. Orta sıralarda qərarlaşmışdı. Səhv etmirənsə, bu komandanın qapısına qol vurmamışam. Amma düşünürəm ki, “Qarabağ” bu komandadan üstündür. Turu keçən komandanın da “Qarabağ” olacağını fikirləşirəm”.

Qeyd edək ki, “Qarabağ” bu gün Bakı vaxtı ilə saat 19:30-da “Partizani” ilə qarşılaşacaq. 

Səbuhi Musayev