2f8ab3d2-30ff-4b90-8b7d-bd91c4e79e54.jpg

Aldığı telefon xarab çıxdı, icarədarı söyüşə görə bıçaqladı – HÖKM

Baxış sayı: 228 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada
təqsirləndirilən Mahir Bəylərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mahir Bəylərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.

İttihama görə, hadisə 20 yanvar 2024-cü il tarixdə, saat 18:20-də Bakı şəhəri,
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən telefon
mağazasının qarşısında qeydə alınıb.

Belə ki, olaydan təxminən bir ay əvvəl 1997-ci il təvəllüdlü Mahir Bəylərov
sözügedən mağazanı icarəyə götürüb işlədən zərərçəkmiş Qulam Həmidovdan (şərti)
telefon alıb. Sonra telefonun ekranında nasazlıq olub və o, telefonu geri
qaytarmaq üçün zərərçəkmiş şəxslə əlaqə saxlayıb. Zərərçəkmiş şəxs pulunun
olmadığını və daha sonra verəcəyini bildirib. Hadisə günü Mahir Qulamın
işlətdiyi mağazaya gedərək ondan pulunu geri tələb edib. Sonra həmin şəxslərin
arasında mübahisə yaranıb və zərərçəkmiş şəxs onu söyüb təhqir edib. Bu zaman
Mahir bıçaqla qəsdən Qulamın qarın nahiyəsinə bir zərbə endirərək ona xəsarət
yetirib.

Hadisədən sonra Mahir Bəylərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri
seçilib.

Source link